Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 84 xarici ölkə vətəndaşı Gürcüstan ərazisindən çıxarılıb (deportasiya edilib)

11:34, 09.06.2026

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər həyata keçirilən tədbirlər nəticəsində 84 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

DİN-in məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Hindistan, Çin, Misir, Azərbaycan, Keniya, Rusiya, Nigeriya, İraq, Kuba, Livan, Pakistan, Cənubi Afrika Respublikası, Somali və digər ölkələrin ümumilikdə 84 vətəndaşı ölkədən çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Oxşar