Miqrasiya Departamentinin əməkdaşları 86 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində, son günlər ərzində keçirilmiş tədbirlər nəticəsində 86 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun bildirdiyinə görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 86 nəfər ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə yenidən girişinə qadağa qoyulub.