Miqrasiya Departamentinin əməkdaşları 84 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər (ölkədən çıxarıblar)
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində həyata keçirilən tədbirlər nəticəsində 84 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar (deportasiya ediblər).
DİN-in məlumatına görə, Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Turkey, India, Turkmenistan, Russia, Armenia, Nigeria, Uganda, Uzbekistan, Egypt, Pakistan, China, Azerbaijan, Algeria, Bangladesh, Iraq, Kenya, Sudan, Thailand və digər dövlətlərin ümumilikdə 84 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərə ölkəyə yenidən daxil olmaq qadağası tətbiq edilib.