Miqrantların Reinteqrasiyasına Yardım Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlanılıb
Miqrantların Reinteqrasiyasına Yardım Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlanılıb

 
Məcburi Köçkünlərin, Eko-miqrantların və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi geri qayıdan miqrantların reinteqrasiyasına yardım üzrə dövlət proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.

Agentliyin məlumatında proqramın məqsədinin mühacirətdən qayıdan Gürcüstan vətəndaşlarının reinteqrasiya prosesinə dəstək vermək olduğu deyilir. Bu mərhələdə gəlir mənbəyinin yaradılması, məşğulluğun və özünüməşğulluğun təşviqi məqsədilə 100-ə yaxın layihə maliyyələşdiriləcək.

Müraciətlər il ərzində iki mərhələdə qəbul edilir və qrant ümumilikdə 200-ə qədər miqranta veriləcək. Geri qayıdan miqrantlar öz işlərini qurmaq və ya genişləndirmək üçün lazımi inventar, avadanlıq və alətləri özləri seçəcəklər.

Gürcüstan vətəndaşları (və ya Gürcüstanda daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxslər) bir ildən artıq müddət ərzində qeyri-qanuni olaraq xaricdə olmuş və ya sığınacaq üçün müraciət etmiş və ya sığınacaqdan yararlanıb və vətənə 12 ay ərzində qayıtmışsa, proqramda iştirak edə bilərlər.

Müraciətlər sentyabrın 12-dək agentlikdə və onun ərazi bölmələrində qəbul ediləcək: Tbilisi, Tamaraşvili küç. N15a; Qori, Sameba küç. N1; Rustavi, Kostava küç. N20;  Kutaisi, Abaşidze pr. N27; Zuqdidi, Ağmaşenebeli küç. N106.
Müraciət həmçinin agentliyin [email protected] elektron poçt ünvanına göndərilə bilər.