Miqrantların Reinteqrasiyasına Yardım Proqramı çərçivəsində müraciətlərin qəbulu başlayıb
Miqrantların Reinteqrasiyasına Yardım Proqramı çərçivəsində müraciətlərin qəbulu başlayıb

 
Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi Geri qayıdan Miqrantların Reinteqrasiyasına Yardım üzrə Dövlət Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.

Agentliyin bəyanatına əsasən, proqramın məqsədi mühacirətdən qayıdan Gürcüstan vətəndaşlarının reinteqrasiya prosesinə dəstək olmaqdır.

Agentlik geri qayıdan miqrantlar üçün gəlir mənbəyi yaratmaq, məşğulluğun və özünüməşğulluğun təşviqi üçün layihələri maliyyələşdirəcək. Komissiya təqdim olunan layihəyə əsasən, qrantın miqdarını 6000 lari çərçivəsində müəyyən edir.

“Geri qayıdan miqrantlar mövcud siyahı nəzərə alınmaqla öz işlərinə başlamaq və ya genişləndirmək üçün lazım olan inventar, avadanlıq və alətləri seçəcəklər.

Bir ildən artıq müddətdə qeyri-qanuni şəkildə xaricdə olmuş və ya sığınacaq üçün müraciət etmiş, sığınacaqdan yararlanmış və son 12 ay ərzində vətənə qayıtmış Gürcüstan vətəndaşları (və ya Gürcüstanda daimi yaşamaq hüququna malik vətəndaşlığı olmayan şəxslər) proqramda iştirak edə bilərlər.

Gəlir layihələrinin qəbulu agentlik və onun ərazi bölmələrində iyunun 5-i də daxil olmaqla davam edəcək:

Tbilisi şəh., Tamaraşvili küç. N15a;
Qori şəh., Sameba küç. N1;
Rustavi şəh., İ. Tsurtaveli küç. N5a;
Zuqdidi şəh., D. Ağmaşenebel küç. N106;
Kutaisi şəh., İ. Abaşidze pr. N27.

Geri qayıdan Miqrantların Reinteqrasiyasına Yardım üzrə Dövlət Proqramının digər komponentləri çərçivəsində müraciətlər müntəzəm olaraq qəbul edilir:

Tibbi xidmət və/və ya dərmanların maliyyələşdirilməsi; müvəqqəti yaşayış yerinin verilməsi; peşə hazırlığı və ixtisaslılığın artırılmasının təşviqi; birdəfəlik pul yardımı şəklində vəsaitin verilməsi; geri qayıdan miqrant uşaqlar üçün idman/yaradıcılıq/koqnitiv kursların maliyyələşdirilməsi”- Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Proqram haqqında ətraflı məlumat agentliyin internet saytında yerləşdirilib.