Məzunların Təcrübə Proqramı çərçivəsində avqustun 2-də müraciətlərin qəbulu başlayır
Gürcüstan hökumətinin təşəbbüsü ilə 2024-cü ilin sentyabrından məzunlar dövlət müəssisələrində 4 aylıq ödənişli təcrübə keçəcəklər.
Təhsil Nazirliyindən verilmiş məlumata əsasən, təcrübə proqramına qoşulmaq istəyənlər üçün müraciətlərin qəbulu cari ilin avqustun 2-də başlayacaq və avqustun 8-i də daxil olmaqla davam edəcək.
“Məzunların seçim müsabiqəsi 2 mərhələdə həyata keçiriləcək – birinci mərhələ müraciətlərin qəbulu və seçilməsini, ikinci mərhələ isə namizədlərlə müsahibənin aparılmasını nəzərdə tutur. Müsabiqə nəticəsində dövlət təcrübə proqramının istədikləri regionda və dövlət qurumunda təcrübə keçmək imkanı verəcəyi 3000-dən çox gənc müəyyən ediləcək.
Gürcüstanda səlahiyyətli ali təhsil müəssisələrinin ali təhsilin birinci pilləsində (son tədris ili halında) və ya ikinci pilləsində təhsil alan və ya 2023-2024-cü tədris ilinin yaz semestrində ali təhsilin birinci və ya ikinci səviyyəsini başa vurmuş tələbələri proqramda iştirak edə bilərlər.
Namizədlərin seçimi zamanı ən vacib meyarlardan biri tələbənin akademik göstəriciləri – GPA 2.8-4.0 və/və ya 71-100 ballıq bal sistemi olacaq.
Müsahibə zamanı bərabər namizədlər halında ən yüksək göstəricisi olan aplikanta üstünlük veriləcək. Proqramda iştirak üçün tələblər, meyarlar və müraciət forması HR.GOV.GE portalında yerləşdiriləcək” – Təhsil Nazirliyinin məlumatında qeyd olunub.