Mevlut Çavuşoğlu - Türkiyə Ukrayna və Rusiya məsələsi ilə bağlı neytrallığı qoruyur
Türkiyə Ukrayna və Rusiya məsələsi ilə bağlı neytrallığı qoruyur, – bu barədə bəyanatı Türkiyənin Xarici İşlər Naziri verib.
Mevlut Çavuşoğlunun bəyanatını Ukrayna medyası yayır.
“Biz tərəf tutmuruq. Bizim mövqeyimiz məsələyə konstruktiv yanaşmadan yanadır”, – deyib Mevlut Çavuşoğlu.
Xatırladaq ki, bir neçə gün bundan öncə, Ukrayna prezidenti Vladimer Zelenski rəsmi səfərlə Türkiyədə idi.
Zelenski ilə görüş zamanı Türkiyə prezidenti bəyan etdi ki, Ankara Krımın tanınmaması siyasətinə sadiq qalır.