Mevlut Çavuşoğlu - Türkiyə İraqın bərpası üçün 5 milyard dollar ayıracaq
Türkiyə İraqın bərpası üçün 5 milyard dollar ayıracaq.
Bu barədə bəyanatı Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu verdi.
Onun dediyinə görə, İraq yenidən bərpa olunmalıdır.
“2004-cü ildən etibarən, biz İraqın humanitar yardımı üçün 500 milyon dollar xərclədik. Tam olaraq, isə, İraqın humanitar layihələrinə dəstək üşün 25 milyon dollar xərclədik. İndi isə, yenə 5 milyard dolları kredit şəklində veririk və 5 milyon dolları isə, humanitar yardəm üçün ayıracağıq – dedi Mövlud Çavuşoğlu.