Mevlut Çavuşoğlu - Türkiyə, Azərbaycan və Gürcüstan, həyata keçirdiyimiz layihələrə Mərkəzi Asya ölkələrini də cəlb etməyə çalışırıq
Mevlut Çavuşoğlu - Türkiyə, Azərbaycan və Gürcüstan, həyata keçirdiyimiz layihələrə Mərkəzi Asya ölkələrini də cəlb etməyə çalışırıq

Türkiyə, Azərbaycan və Gürcüstan, həyata keçirdiyimiz layihələrə Mərkəzi Asya ölkələrini də cəlb etməyə çalışırıq, – bu bəyanatı Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu Antalya Diplomatik Forumunda çıxış edərkən verdi.

Türkiyə Xarici İşlər Nazirinin dediyinə görə, Türkmənistana və Qırğızıstana səfər zamanı məhz bu məslələləri müzakirə edirdi.

Çavuşoğlu bəyan etdi ki, Qarabağ müharibəsində Azərbaycanın qalib olması Türkiyə üçün çox vacib idi.

“Ölkənin Xarici siyasəti onun dəyərlərini əks etdirir. Türkiyə regionun təhlükəsizliyi üçün təhlükə yaradan krizisin həll edilməsi üçün çalışır. Eyni şeyi Suriyada, Libyada və Aralıq dənizi sahilində də edir.

Dinlərindən və milliyətlərindən asıll olmayaraq, Dünyanın bütün yerlərində, zorakılığa məruz qalan insanlara Türkiyə yardım etməyə gedir”, – dedi Mevlut Çavuşoğlu.