Mevlut Çavuşoğlu Soçidə Sergey Lavrovla görüşəcək
Mevlut Çavuşoğlu Soçidə Sergey Lavrovla görüşəcək

Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu dekabrın 29-da, rəsmi səfərlə Soçiyə gedərək, Rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Bu haqda məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verdi.

Zaxarovanın brifinqdə bildirdiyinə görə, Mevlut Çavuşoğlu və Sergey Lavrov  aktual olan regional və beynəlxalq problemləri və həmçinin, Cənubi Qafqazda və Qara Dəniz regionunda yaranan vəziyyəti müzakirə edəcəklər.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən noyabrın 9-da imzalanan sənədin realizasiya məsələsini təfərrüatları ilə müzakirə edəcəklər.

Əsas mövzu atəşkəs rejiminin monitorinqi üçün rus-türk birgə mərkəzin yaradılması olacaq.