Mevlut Çavuşoğlu - Co Baydenin bəyanatı sadəcə populizmdir
Mevlut Çavuşoğlu - Co Baydenin bəyanatı sadəcə populizmdir

Türkiyə ABŞ prezidenti Co Baydenin bəyanatını rədd edir və onu sadəcə bir populizm olaraq görür, – bu bəyanatı Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu, ABŞ prezidenti Co Baydenin erməni soyqırımı ilə bağlı bəyanatına cavab olaraq verdi.

“Türkiyə öz keçmişini kimsədən öyrənəcək deyil”, – dedi Çavuşoğlu.

Mevlut Çavuşoğlunun bəyanatını “Anadolu” agentliyi yayır.

Bəyanatda deyilir ki, Co Baydenin Türkiyənin tarixini qınamaq üçün nə mənəvi, nə də hüquqi haqqı yoxdur və onun bəyanatının heç bir dəyəri yoxdur.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Osmanlı İmperiyası tərəfindən ermənilərin soyqırımını fakt olaraq, elan etdi.