Mevlut Çavuşoğlu - Heç bir ləyaqəli dövlət ABŞ-ın təzyiqinə baş əyməyəcək
“Mən güclüyəm, demək ki, mən doğruyam” – kimi frazalar, artıq keçmişdə qaldı, – bu bəyanatı Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu, Donald Trampın bəyanatı ilə bağlı verdi.
Bu məlumatı Reuters agentliyi yayır.
“Amerika Birləşmiş Ştatları bəyan edir ki, BMT-nin səs vermə prosesində, ABŞ-ın qərarına qarşı səs verən ölkələrin sihasını öyrənir. Öyrənib nə edəcəksiniz? Həmin ölkələrə intervensiya edib, onları cəzalandıracaqsınız mı? Artıq dünya dəyişdi. Artıq güclüyəm demək – doğruyam demək deyil. İndi dünya ədalətsiziyin qarşısında birləşəcək və heç bir ləyaqətli dövlət ABŞ-ın təzyiqinə baş əyməyəcək” – dedi Çavuşoğlu.
Xatırladaq ki, ABŞ prezidenti Donalq Tramp, BMT-nin səs vermə prosesində, Yerusəlimin İsrailin paytaxtı olması haqqında qərara qarşı səs verən ölkələri, ABŞ-dan artıq maddi yardım ala bilməmələri ilə təhdid etdi.