Metyu Miller - ABŞ Keniyada etirazlar zamanı zorakılığı pisləyir, yaxınlarını itirən ailələrə başsağlığı verir
Metyu Miller - ABŞ Keniyada etirazlar zamanı zorakılığı pisləyir, yaxınlarını itirən ailələrə başsağlığı verir

Birləşmiş Ştatlar Keniyadakı etirazlar zamanı görülən zorakılığı pisləyir. – Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.

Bununla belə, Miller Keniya rəsmilərini təmkinli olmağa və dialoq üçün yer yaratmağa çağırıb.

“Nayrobi və Keniya ətrafında etirazlar zamanı müşahidə olunan zorakılığı pisləyirik. Yaxınlarını itirən ailələrə başsağlığı veririk. Asayişi bərpa etmək və dialoqa yer vermək üçün sizi təmkinli olmağa çağırıram”, – Metyu Miller bildirib.

Keniyada vergi artımına etiraz edən nümayişçilər qanunverici orqana basqın etməyə cəhd ediblər, bu zaman polis etirazçılara atəş açıb, ən azı beş nümayişçi həlak olub. Onlarla insan yaralanıb.