Metyu Miller - ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələrinin saxlanılmasından dərin narahatdır
Metyu Miller - ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələrinin saxlanılmasından dərin narahatdır

 
ABŞ Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələrinin saxlanılmasından dərin narahatdır-bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, öz əsas hüquqlarından, o cümlədən ifadə azadlığından istifadə edənlər buna görə saxlanılmamalıdırlar.

“Biz yenidən Azərbaycan hökumətini haqsız yerə saxlanılanların hamısını dərhal azad etməyə, insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırırıq”- Metyu Miller açıqlayıb.

ABŞ Dövlət Departamentində sual “Abzas Media işi” üzrə saxlanılan iqtisadçı-jurnalist Fərid Mehralızadənin işi ilə bağlı olub. Məhkəmə prosesində Mehralızadə günahkar olmadığını, “Abzas Media” nəşri ilə heç bir işgüzar münasibətinin olmadığını bildirib. Fərid Mehralızadə barəsində qaçaqmalçılıq maddəsi ilə ittihamı irəli sürülmüşdü.