Metronun "Varketili" stansiyasında sərnişinlərə xidmət bərpa edilib
Metronun "Varketili" stansiyasında sərnişinlərə xidmət bərpa edilib

 

“Varketili” metrostansiyası sərnişinlərə xidməti bərpa edib. Məlumatı Tbilisi Nəqliyyat Şirkəti yayır.

Şirkətdən açıqlandığı üzrə ləngiməyə eskalatorlardan birinin zərər görməsi səbəb olub, bu səbəbdən stansiya müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilmirdi.

“Müvafiq texniki xidmət ərazidə operativ şəkildə çalışıb və nasazlıq vaxtında aradan qaldırılıb. Bu mərhələdə Tbilisi metrosunun hər iki xətti adi qaydada fəaliyyətini davam etdirir”- deyə nəqliyyat şirkətində açıqlayıblar.