Metronun "Vaja-Pşavela" stansiyasında relslərin üzərinə düşən vətəndaşı klinikaya çatdırıblar
Metronun "Vaja-Pşavela" stansiyasında relslərin üzərinə düşən vətəndaşı klinikaya çatdırıblar

 
Metronun “Vaja-Pşavela” stansiyasında relslərin üzərinə düşən vətəndaş Qafqaz Tibb Mərkəzinə çatdırılıb. Onun səhhəti ilə bağlı məlumat hələ ki, məlum deyil.

Tbilisinin Nəqliyyat Şirkətinin məlumatında, Saburtalo xəttində hərəkətin qismən, “Delisi” metrostansiyasına qədər dayandırıldığı deyilir.

Hadisə yerində Daxili İşlər Nazirliyinin əməkdaşları işləyirlər.