Metronun "Axmeteli Teatrı" və "Saracişvili" stansiyalarında qatarların hərəkəti bərpa edilib
Metronun "Axmeteli Teatrı" və "Saracişvili" stansiyalarında qatarların hərəkəti bərpa edilib

 

Metronun “Axmeteli Teatrı” və “Saracişvili” stansiyalarında qatarların hərəkəti bərpa olunub – bu barədə Tbilisi Meriyası məlumat yayır.

Verilmiş məlumatda nasazlığın aradan qaldırıldığı və metro stansiyalarının sərnişinlərə fasiləsiz xidmət göstərdiyi deyilir.

Xatırladaq ki, sözügedən metro stansiyaları texniki nasazlıq səbəbindən müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilmirdi.