Metro maşinistləri etiraz aksiyalarını dayandırdılar, Tbilisi metropoliteni bugün saat 14:00-dən çalışmağa davam edəcək
Metro maşinistləri etiraz aksiyalarını dayandırdılar, Tbilisi metropoliteni bugün saat 14:00-dən çalışmağa davam edəcək

Metro maşinistləri etiraz aksiyalarını dayandırdılar, Tbilisi metropoliteni bugün saat 14:00-dən çalışmağa davam edəcək, – bu barədə bəyanatı jurnalistlərə metro maşinistlərindən biri Rati Kapanadze verdi.

Bu qərarı maşinistlər Tbilisi meriyasında keçirilən görüşdən sonra verdilər.

Rati Kapanadzenin dediyinə görə, meriya ilə razılığza nail olundu, ancaq, metro işçilərinin maaşlarının nə qədər atracağı hələlik məlum deyil və bu məsələ yaxın günlərdə müzakirə ediləcək.

Maşinistlər bugün Qldani deposunda qurduqları çadırları yığdılar.

Etiraz edən maşinistlər Kaxa Kaladze ilə dünən gecə görüşdülər və daha sonra görüşün detallarını depodaki digər maşinistlərlə müzakirə etdilər.

İşçilərinin etirazına görə, Tbilisi metropoliteni iki gün idi dayanmışdı.

Metro çalışanları maaşlarının artmasını tələb edirdilər.