Metro qatarları hərəkətlərinin intervalının 2,5 dəqiqəyə qədər azaldılması planlaşdırılır
Metro qatarları hərəkətlərinin intervalının 2,5 dəqiqəyə qədər azaldılması planlaşdırılır

Tbilisi Şəhər Nəqliyyat Xidmətinin rəhbəri Mamuka Mumladzenin bəyan etdiyinə görə, metro qatarları hərəkətlərinin intervalının 2,5 dəqiqəyə qədər azaldılması planlaşdırılır. Onun dediyinə görə, 2018-ci ilin büdcəsində nəqliyyat istiqamətinə 100 milyon larilik layihələr nəzərdə tutulub.

“Əsas modernləşdirmə və kapital təmir olacaq ki, intervalın azaldılması baş versin və daha artıq sərnişinin daşınması mümkün olsun. Metronun gün ərzində 450 000 sərnişinin daşınması resursu var. Bu həmçinin avtobus istiqaməti ilə. Bu gün də bir neçə yeni xətt açıldı. Biz bu istiqamətlə işləyəcəyik”, – Mumladze bəyan etdi.