Metexi tunelində planlaşdırılan işlər ilə əlaqədar gecə saatlarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Metexi tunelində infrastruktur işlərinə başlanılır. Tbilisi Meriyasının mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, tuneldə zədələnmiş fraqmentlərin təmizlənməsi işləri aparılacaq. Qeyd olunan işlər tunelin hər iki tərəfində növbə ilə aparılacaq.
“Birinci mərhələdə planlaşdırılan işlərlə əlaqədar oktyabrın 10-dan noyabrın 10-u daxil olmaqla, saat 00:00-dan 06:00-a kimi Kürün sol sahili və İalbuzi küçələrinin kəsişməsindən Metexi tuneli istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Kürün sol sahili və İalbuzi küçələrinin kəsişməsindən avtomobillər yalnız sağa dönməklə İalbuzi küçəsi istiqamətində, İalbuzi küçəsindən isə avtomobillər Kürün sol sahili və 300 Araqveli körpüsü istiqamətində sola dönməklə hərəkət edə biləcəklər.
Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir”- deyə Tbilisi Meriyasının yaydığı məlumatda qeyd olunur.