Metexi tunelində bərpa işlərinin müddəti uzadılıb
Metexi tunelində bərpa işlərinin müddəti uzadılıb

 
Metexi tunelində bərpa işlərinin müddəti uzadılıb.

Tbilisi Meriyasının məlumatına əsasən, oktyabrın 31-dən noyabrın 30-u da daxil olmaqla, saat 00:00-dan 06:00-dək Riğedə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sülh körpüsünün ərazisindən, belə ki Kürün sol sahili və Nikoloz Barataşvili körpüsünün kəsişməsindən Kürün sol sahili ilə İalbuzi küçəsinin kəsişməsinə qədər olan yol hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Kürün sol sahilindən İalbuzi küçəsi istiqamətində hərəkət edən avtomobillər yalnız Avropa meydanı istiqamətində hərəkət edə biləcəklər.