Mətbuatın məlumatına görə, Rusiya qüvvələri Zaporojye vilayətində təxliyə avtobuslarına atəş açıblar, xəsarət alanlar arasında uşaqlar var
Mətbuatın məlumatına görə, Rusiya qüvvələri Zaporojye vilayətində təxliyə avtobuslarına atəş açıblar, xəsarət alanlar arasında uşaqlar var

 

Rusiya qüvvələri Zaporojye vilayətində uşaqları humanitar dəhlizlərlə daşıyan təxliyə avtobuslarına atəş açıblar, xəsarət alanlar var-bu barədə Ukrayna mətbuatı Zaporojye vilayətinin administrasiya rəhbəri Aleksandr Staruxa istinadən məlumat yayır.

“Toqquşma xəttini keçmək çox çətin idi, çünki atışma səngimirdi. İnsanları təxliyə edərək, normal həyat şəraitinə qaytara biləcəyimizə ümid edirəm. Bu gün çətin gündür, uşaqlar hələ də əziyyət çəkirlər. Dörd uşaq xəstəxanaya yerləşdirilib. Poloqovski rayonunda açılmış atəş nəticəsində 3 uşaq xəsarət alıb. Ailə Mariupoldan ayrılırdı, özlərini xilas etməyə çalışırdılar. Bir uşağın vəziyyəti ağırdır. Bu vəhşilər uşaqlarla müharibəni davam etdirir. Onlar hər şeyə görə məsuliyyət daşımalı olacaqlar. Hər bir uşaq üçün. Hər bir həyat üçün” -deyə Starux bildirib.

Ukrayna qoşunlarının cənub bölmələrinin komandanlığının məlumatına görə, Rusiya hərbçiləri Malinovka yaşayış məntəqəsində humanitar dəhliz vasitəsilə müvəqqəti işğal olunmuş ərazilərdən çıxmağa çalışan mülki şəxslərin olduğu iki avtomobilə atəş açıblar.

İki uşaq, o cümlədən üç qadın və bir kişi xəsarət alıb.