Mətbuatın məlumatına görə, Avropa İttifaqı Vladimir Putin və Sergey Lavrovun Avropadakı aktivlərinin dondurulmasını nəzərdə tutan üçüncü sanksiyalar zərfini razılaşdırıb
Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Avropadakı aktivlərinin dondurulmasını nəzərdə tutan üçüncü sanksiyalar paketini razılaşdırıb. Bu barədə “Reuters” agentliyi avropalı anonim yüksək rütbəli məmura istinadən yazır.
“Biz bacardığımız qədər sürətlə irəliləyirik” – deyə agentliyin mənbəsi bildirib və əlavə edib ki, Avropa İttifaqının sanksiyaları daha çox rus oliqarxlarına tətbiq oluna bilər.
Xatırladaq ki, bunadək Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqını Rusiyaya qarşı daha sürətli və sərt tədbirlər görməyə çağırıb.
Avropa İttifaqınn xarici işlər nazirləri dünən axşam Aİ-nin sammitində razılaşdırılmış ikinci sanksiyalar zərfini müzakirə etmək üçün bu axşam Brüsseldə görüşəcəklər.