Mətbuatda yayılan məlumatlara görə, ABŞ son 24 saat ərzində Əfqanıstandan 19 minə qədər insanı təxliyə edib
ABŞ son 24 saat ərzində Əfqanıstandan 19 minə qədər insanı təxliyə edib.
Məlumatı “CNN” yayıb.
Ağ Evdən verilən məlumata görə, Kabul hava limanından uçuşlar hər 45 dəqiqədən bir həyata keçirilir. Hazırda hava limanında təxliyə edilməyə hazır olan 5 mindən çox adam var.
Bundan əlavə, müdafiə rəsmiləri ABŞ əsgərlərinin geri çəkilməsi prosesinin başladığını və ilk qoşunların artıq Kabil hava limanını tərk etdiyini bildirirlər.
Dünən Prezident Co Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ -ın orijinal plana əməl etdiyini və 31 avqust tarixinə qədər təxliyə prosesini tamamlamağı planlaşdırdığını söylədi.