Mətbuatda yayılan məlumatlara görə, Ərdoğan və Bayden Qafqaz bölgəsi və Qarabağ məsələsini də müzakirə edəcəklər
Mətbuatda yayılan məlumatlara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə Qafqaz mövzusunu müzakirə etməyi planlaşdırır. Mətbuata danışan Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. Onun sözlərinə görə, Türkiyə və ABŞ prezidentlərinin görüşü 30-31 oktyabr tarixlərində Romada keçirilməsi planlaşdırılan G-20 sammiti çərçivəsində keçiriləcək.
Kalının sözlərinə görə, liderlər siyasi, iqtisadi, enerji və ticarət sektorlarının yanında müdafiə sənayesi, təhlükəsizlik sektorları və terrorla mübarizədə gündəmdə olan əsas məsələləri müzakirə edəcəklər. Onun sözlərinə görə, prezidentlər Əfqanıstan, Suriya, İraq, Qafqaz bölgəsi və Qarabağ, eləcə də Liviya, Aralıq dənizi və digər qlobal problemləri müzakirə etməyi planlaşdırırlar.
İbrahim Kalın, ABŞ-ın Türkiyə üçün F-35 qırıcı təyyarələrindən imtina etməsindən də bəhs edərək, Türkiyənin proqramdan çıxmasının ədalətsiz olduğunu və danışıqların yenidən başlayacağına ümid etdiyini söylədi.