Mətbuat vasitələrinin nümayəndələrinə qarşı zorakılıqda ittiham olunanalar barəsində qətimkan tədbiri olaraq həbs qərarı verilib
Mətbuat vasitələrinin nümayəndələrinə qarşı zorakılıqda ittiham olunanalar barəsində qətimkan tədbiri olaraq həbs qərarı verilib

 

İyulun 5-də Rustaveli prospektində mətbuat vasitələrinin nümayəndələrinə yönəlik həyata keçirilən fiziki zorakılıq və zorakılıq təhdidi ilə peşə fəaliyyətinə mane olma faktı ilə əlaqədar ittiham olunan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

“Məhkəmə, ittihamçı tərəfinin vəsatətini təmin etdi və müqəssirlərin 4-ü barədə həbs qətimkan tədbiri seçdi. Təsdiqlənmiş ehtimal standardı ilə, məhkəmə sübutların olduğu qənaətinə gəldi. Bununla yanaşı, təqsirləndirilən şəxslər tərəfindən yeni cinayət törətmək təhlükəsi, gizlənmə təhlükəsi və şahidlərə təsir etmə təhdidinin artdığını hesab etdi və həbs yalnız bu artan təhlükələrin zərərsizləşdirilməsini təmin edirdi ”-deyə prokuror, Tamar Iakobidze bildirib.