Məsud Fezeşkiani – İran dalana dirənmiş nüvə probleminin həlli üçün dünya liderləri ilə işləməyə hazırdır
İran dalana dirənmiş nüvə problemini həll etmək üçün dünya liderləri ilə işləməyə hazırdır. – İran prezidenti Məsud Fezeşkiani BMT Baş Assambleyasının debatlarında çıxışı zamanı belə deyib.
İran prezidenti Rusiya və Ukraynanı dialoq yolu ilə hərbi münaqişəyə dərhal son qoymağa çağırıb.
Eyni zamanda o, İsraili “Qəzzada soyqırım”a görə tənqid edib.
“Dünya İsrail rejiminin əsl mahiyyətini gördü. Necə 11 ay ərzində o, əsasən qadın və uşaq olmaqla 4 1000-dən çox günahsız insanı qətlə yetirib. Onun liderləri bu soyqırımı – uşaqların öldürülməsini, hərbi cinayətləri və dövlət terrorunu qanuni özünümüdafiə adlandırırlar”. – Fezeşkiani dedi.