Məsud Fezeşkian Donald Trampla görüşmək ehtimalını istisna etməyib, lakin müəyyən şərtlər irəli sürüb

10:37, 26.09.2026

İran prezidentinin bildirdiyinə görə, ABŞ İranda hakimiyyəti güc yolu ilə dəyişməyə çalışmadığını nümayiş etdirməlidir.

Bu barədə İran Prezidenti “CBS” telekanalına verdiyi müsahibədə bildirib.

“Əvvəlcə bu müharibənin yaratdığı etimadsızlığı aradan qaldırmalıyıq. İmzaladığımız müqavilələrə uyğun hərəkət etməliyik. ABŞ hökumətimizi və administrasiyamızı devirmək niyyətində olmadığını göstərməlidir”, – Məsud Fezeşkian bu barədə Trampla mümkün görüşlə bağlı suala cavab olaraq bildirib.

Bundan əvvəl ABŞ Prezidenti Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran Prezidenti ilə görüş ehtimalını istisna etmədi, lakin görüşün keçirilməsi barədə heç bir məlumat yayılmayıb.

Oxşar