Mestiyada dializ servisi artıq əlçatarlıdır
Mestiyada dializ servisi artıq əlçatarlıdır

Daba Mestiyada dializ terapiyası artıq əlçatarlıdır. Bu xidməti almaq üçün Zuqdidiyə getməli və ya Tbilisiyə köçməli olan benefisiarlar xidməti yerindəcə alacaqlar. Məlumatı Səhiyyə Nazirliyi yayır.

İdarənin məlumatına görə, dializ terapiyası üçün Mestia Munisipal Xəstəxanası tam təchiz olunubdur. Benefisiarlara ilk mərhələdə Ruxi Klinikasının həkimləri tərəfindən xidmət göstəriləcək, yaxın vaxtlarda isə Nazirlik tərəfindən xüsusi hazırlanmış kadrlarla əvəz olunacaq.

Yeni servisin tədbiq olunması ilə bağlı, Səhiyyə naziri Mestia Munisipal Xəstəxanasına baş çəkdi. Zurab Azaraşvilinin dediyinə görə, yaxın vaxtlarda dializ terapiyası Tianeti, Kazbegi, Ambrolauri və digər munisipalitetlərdə də əlçatarlı olacaq.

Nazir müavini, İliya Ğuduşauri və tibbi holdinq rəhbəri, Caba Sirbiladze də Mestiyada idi. Ölkə miqyası ilə, qeyd oluna servislər dövlət proqramı çşərçivəsində açılır və Səhiyyə Nazirliyi həyata keçirir.