Mestiya munisipalitetinin Latal kəndində, dağ yamacında yanğın var.
Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, yanğının söndürülməsi prosesinə müvafiq canlı qüvvə və helikopter cəlb olunub.
Mestiya munisipalitetinin meri, Kapitol Jorjolianinin Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, yanğın dünən baş verdi.
“Yağış yağırdı, tufandan sonra işdırım meşəyə düşdü və oradan bir neçə yerdə ocaqlar yarandı. İndi canlı qüvvə işləyir. Alov təxminən bir hektara yayılıb. Helikopter elə əvvəldən işə cəlb olunmuşdu, lakin indi küləkli var və dayanıb, küləyin düşməsini gözləyir ki, helikopter su tökməyə davam etsin. Alov elə yerdədi ki, texnika gedə bilmir və alovu canlı qüvvə söndürür. Yaşayış məntəqəsini hazırda heç bir təhlükə hədələmir. Alov uzadadır”, – Mestiya meri bəyan etdi.