Mestiya-Kala hissəsində müəyyən avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edildi
Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun km138-km170 (Mestiya-Kala) hissəsində yedəkli, yarımyedəkli avtonəqliyyat vasitələrinin və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti bərpa edildi.
Bununla yanaşı, qeyd olunan yolun km170-km186 (Kala-Uşquli) hissəsində yedəkli, yarımyedəkli avtonəqliyyat vasitələrinin və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti qadağandır, başqa növ avtonəqiyyatın hərəkəti sərbəstdir.
Avtomobil yolunun km1-km170 (Zuqdidi-Kala) hissəsinə avtonəqliyyatın hərəkəti sərbəstdir.