Mestianın Etseri kəndində qətl hadisəsi baş verib
Mestianın Etseri kəndində qətl hadisəsi baş verib

 

Mestia Munisipalitetinin Etseri kəndində qətl hadisəsi baş verib. Gecə saatlarında Etseri kəndində 2 nəfər qətlə yetirilib, 1 nəfər isə xəsarət alıb.

Mövcud məlumata əsasən Gürcüstan Daxili İşlər Nazirliyi faktla əlaqədar bir neçə nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda 2 nəfərin qəsdən qətlə yetirilməsini nəzərdə tutan 109-cu maddəsinin “L” bəndi ilə istintaq aparıldığına dair məlumat yayılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində aktiv əməliyyat-istintaq tədbirləri həyata keçirirlər.