Mestiada qəsdən adam öldürmə və sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktları ilə əlaqədar prokurorluq iki nəfər barəsində ittiham irəli sürüb
Mestiada qəsdən adam öldürmə və sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktları ilə əlaqədar prokurorluq iki nəfər barəsində ittiham irəli sürüb

 

Gürcüstan Prokurorluğu Mestia munisipalitetinin Etseri kəndində qəsdən adam öldürmə və sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktları ilə əlaqədar iki nəfər barəsində ittiham irəli sürüb.

İstintaq orqanından verilən məlumata əsasən Daxili İşlər Nazirliyi və Xüsusi İstintaq Xidmətinin həyata keçirdiyi istintaq nəticəsində müəyyən edilib ki, yanvarın 1-də Mestia munisipalitetinin Etseri kəndi ərazisində Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi İdarəsinin əməkdaşları Q.Ts. və Q.P. keçmişdə baş vermiş fikir ayrılığı səbəbilə , R.A və Q.A ilə fiziki qarşıdurma yaşayıblar. Münaqişə zamanı Q.Ts. qəsdən qətlə yetirmək məqsədilə üzərində olan odlu silahdan Q.A.-ya bir neçə dəfə atəş açıb, o, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

“Eyni zamanda R.A.üzərindəki silahla Q.P və R.P.-yə bir neçə dəfə atəş açıb, nəticədə Q.P. dünyasını dəyişib, R.P isə həyati təhlükəsi olan xəsarətlər alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri yanvarın 2-də saxlayıblar. Q.Ts.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə), R.A.-yə 108-ci maddə və 117-ci maddənin birinci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülüb, bu cəza olaraq 10-dan 15 ilədək həbs cəzasını nəzərdə tutur”-deyə prokurorluğun məlumatında qeyd olunub.

İstintaq orqanı prokurorluğun təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbiri olaraq həbs tədbirinin görülməsi vəsatəti ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcəyini bildirir.