Mestia-Uşquli hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtonəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatına əsasən, qar yağması ilə əlaqədar daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun 140-185-ci km-lik (Mestia-Uşquli) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir.
Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, sözügedən yolun 185-192-ci km-lik (Uşquli-Lasdili) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Həmin avtomobil yolunun 140-185-ci km-lik (Mestia-Uşquli) hissəsində isə qoşqulu, yarımqoşqulu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağan edilmişdir, iki və daha çox hərəkət körpüsü olan nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Avtomobil yolunun 1- 140-ci km-lik (Zuqdidi-Mestiya) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.