Mestia munisipalitetində yanğının likvidasiyası işləri davam etdirilir
Mestia munisipalitetində yanğının likvidasiyası işləri davam etdirilir

Mestia munisipalitetində yanğının likvidasiyası işləri davam etdirilir. Yanğının baş verdiyi yer texnika üçün əlçatmazdır və yanğınsöndürənlər və xilasedicilər piyada hərəkət edirlər.

Yanğının söndürülməsi prosesinə səhərdən helikopter cəlb olundu. Sameqrelo-Zemo Svaneti qubernatorunun müavini, Nino Viblianinin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, yaxın bir neçə saat ərzində işlərə ikinci helikopter cəlb olunacaq. Yanğın alp zonasında baş verdi. Əsas ocaqlar aradan qaldırılıb, lakin tüstülənmə var.

Qeyd edildiyi kimi, yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur.