Mestia bələdiyyəsinə yeni, yolsuzluq tipli təcili yardım maşını verildi
Mestia bələdiyyəsinə yeni, yolsuzluq tipli təcili yardım maşını verildi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa standartlarına uyğun müasir tibbi avadanlıqla təchiz olunmuş reanimasiya şöbəsi ilə istənilən ağırlıqdakı xəstələrin daşınması mümkündür və Mestia bələdiyyəsinin, eləcə də bölgənin əhalisi üçün təcili tibbi yardıma vaxtında çatmaq daha da əlverişli olacaq.
Onların verdiyi məlumata görə, Mestia referal yardım briqadası Tiflisdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.
“Bundan başqa, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Mestia xəstəxanasına kompyuter tomoqrafiya aparatı təhvil verilib.
Hazırda müvafiq, ixtisaslı kadrların seçilməsi prosesi davam etdirilir və yaxın vaxtlarda klinika sözügedən xidməti əhaliyə yerindəcə təqdim edəcək”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini İlia Quduşauri, Fövqəladə Halların Koordinasiyası və Fövqəladə Yardım Mərkəzinin direktoru Aleksandr Kutibaşvili, Sameqrelo-Zemo Svaneti dövlət qəyyumu Qiorqi Ququçia və Mestia bələdiyyəsi Meri Kapiton Jorjoliani Mestia Bələdiyyəsinin Rayon Fövqəladə Hallar Xidmətində idilər.
2023-cü ilin iyul ayında Səhiyyə Nazirliyi tərəfindən Avropa standartlarına uyğun 120 yeni təcili tibbi yardım avtomobili, o cümlədən 15 reanimobil maşını alınıb və mərhələli şəkildə təcili tibbi yardım mərkəzinə təhvil verilməyə başlayıb.
Səhiyyə Nazirliyi qeyd edir ki, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi və fövqəladə hallara operativ reaksiya verilməsi məqsədilə avtoparkın təmiri daimi əsaslarla davam etdiriləcək.
Müəllif -
Mehemmed Bayramaliyev