"Messe Berlin"in İcraiyyə Şurasının sədri - gözəl stend və tərəfdaşlarla münasibətlər Gürcüstanın turizm sənayesinə böyük uğur gətirəcək
“İTB Berlin” turizm sərgisinin üçüncü günündə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili və Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze “Messe Berlin”in İcraiyyə Şurasının sədri Devid Ruts ilə görüşüblər.
“Messe Berlin”in İcraiyyə Şurasının sədri “İTB 2023″də sərginin əsas stendi olan Gürcüstanın stendinə baş çəkib. Devid Ruts sərgidə Gürcüstanın stendinin, aktivliklər və gürcü turizm məhsullarının xüsusi diqqət çəkdiyini açıqlayıb.
“Bu “İTB Berlin” sərgisinin gürcü dostlarla üç möhtəşəm günü idi. Sizə gürcü dilində deyə bilərəm, hamınız uzun və xoşbəxt yaşayın. Gürcüstanın hər bir iştirakçısına təşəkkür edirəm. Olduqca uğurlu bir sərgi oldu. Üç gün ərzində “ITB 2023″ü 90 mindən çox ziyarətçi ziyarət edib. Bu, “ITB”nin yeniləməsindən sonra gözləmədiyimiz yeni rekorddur. Düşünürəm ki, bizimlə Gürcüstan arasında tərəfdaşlıq illər boyu davam edəcək. İnsanların gürcü stendində aldıqları təəssüratlar onların beynində və qəlbində uzun müddət qalır. Sərginin unudulmaz açılış mərasimi, bu gözəl stend və tərəfdaşlarla münasibətlər həm Gürcüstanın turizm sənayesi, həm də bizim üçün böyük uğur gətirəcək” – Devid Ruts açıqlayır.
80 gürcü şirkətinin iştirak etdiyi “ITB 2023” sərgisində Gürcüstan stendi 1000 kvadratmetr sahədə yerləşirdi.
Sərgidə Gürcüstanın Milli Turizm Administrasiyası ilə yanaşı Acaranın Turizm və Kurortlar Departamenti, Tbilisi Meriyası, Turizm Assosiasiyaları, Təyinat yerlərinin idarə edilməsi təşkilatları və Hava Limanları Assosiasiyası iştirak edirdilər.
Məlumatı Milli Turizm Administrasiyası yayır.