Məşhur xarici nəşriyyatlar Gürcüstanın İlk Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunan publikasiyalar nəşr etdilər
Məşhur xarici nəşriyyatlar Gürcüstanın İlk Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunan publikasiyalar nəşr etdilər

Estoniya, Çin və Kanadanın məşhur nəşriyyatları Gürcüstanın İlk Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı publikasiyalar yayırlar, – bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi verir.

İdarənin məlumatına görə, publikasiyalarda söhbət Gürcüstanın müstəqillik tarixi və nail olduğu tərəqqidən gedir.

Estoniyanın “Suursaadik” nəşriyyatında Gürcüstan səfiri Tea Axvledianinin geniş müsahibəsi yayıldı, hansında səfir gürcü xalqının Avropa yolundaki mübarizəsindən bəhs edir.

Çinin “China Daily” jurnalında isə, Gürcüstan səfiri David Aptsiaurinin “Gürcüstan – regionda hab statusunu almağa çalışır” başlıqlı müsahibəsi yayıldı.

Müsahibədə səfir ümid etdi ki, Gürcüstan yaxın gələcəkdə Avropa və Asiyayı birləşdirən locistik hab olacaq. 

David Aptsiauri Gürcüstan-Çin münasibətlərinin dinamikası haqqında da danışdı.

Kanadanın “Ottawa Life Magazine” jurnalında həmçinin “Yüksək səviyyəl diplomatik təcrübənin təsiri Ottavada da hiss olunur” adlı məqalə dərc olundu, hansı ki, Kanadada Gürcüstanın səfiri Konstantine Kavtaradzeyə həsr olunur.

Məqalənin müəllifi Gürcüstanın tarixi keçmişi, Gürcüstanın ilk demokratik respublikası, işğal edilmiş əraziləri və avro-atlantik seçimi haqqında yazır.

Gürcüstanın İlk Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı məqalə Səudi Ərəbistanın Albilad nəşriyyatında da dərc olundu. “Georgia celebrates the 100th anniversary of Georgia’s First Democratic Republic” adlı məqalədə səfir Giorgi Cancğavanın müsahibəsi var.

Gürcüstanın tarixi keçmişi haqqında bilgilərin yayılması və imicinin qaldırılması məqsədi ilə, Gürcüstanın İlk Demokratik Respublikasının 100 illik yubileyi çərçivəsində, dünyanın müxtəlif ölkələrində Gürcüstan haqqında 100-dən artıq qəzet məqalələri dərc olunacaq.