Məşğulluğun Təşviqi Agentliyindən verilən məlumata görə, özünü işlə təmin edən və gəlirsiz qalmış muzdlu işçilərə təzminat mərhələli şəkildə veriləcək
Özünü işlə təmin edən və gəlirsiz qalmış muzdlu işçilərə təzminat mərhələli şəkildə veriləcək.Bu barədə ″Məşğulluğun Təşviqi Agentliyi″-nin direktorunun müavininin vəzifələrinin icraçısı,Nino Veltauri bildirib.
“Mayın 29-a olan göstəricilərə görə, sistemdə 92 mindən çox özünü işlə təmin etmiş şəxs qeydiyyatdan keçib ki, onlardan 51,100 nəfərinə cəmdə 15.375.000 lari həcmində təzminat artıq köçürülüb. Gəlirsiz qalan muzdlu işçilərə gəlincə isə, hazırda onların sayı 72 100 – ü təşkil edir və onlara 14 435 000 lari həcmində təzminat da artıq köçürülüb. May ayında onlara aprelin təzminatı köçürülüb ”-deyə Veltauri bildirir.
Onun sözlərinə görə, köçürmələr bir anda edilə bilməz.
Nino Veltaurinin sözlərinə əsasən ,sistemdə qeydiyyatdan keçmiş özünü işlə təmin etmiş şəxslərin sayının artacağına dair gözlənti var.
Özünü işlə təmin edən şəxslər üçün təzminat birdəfəlik 300 lari miqdarında nəzərdə tutulub,gəlirsiz qalmış şəxslərə gəlincə isə,onların təzminatı ayda 200 larini təşkil edir və onlar bu məbləği 6 ay ərzində alacaqlar.
Hazırladı-Sevinc Mustafayeva