Meşə Təsərrüfatı Xidmətinin əməkdaşları İmeretiyada qanunsuz ağac kəsimi və taxta daşınması faktını aşkarlayıb
Meşə Təsərrüfatı Xidmətinin əməkdaşları İmeretiyada qanunsuz ağac kəsimi və taxta daşınması faktını aşkarlayıb

İmereti Meşə Təsərrüfatı Xidmətinin əməkdaşları Xoninin Qordi kəndində qanunsuz ağac kəsimi və taxta-şalban daşıma faktı aşkarlayıb.

Qanun pozucusu dövlət meşəsindən qanunsuz yolla əldə etdiyi qırmızı vərəqəli 7 kubmetr şabalıd ağacını yüksək sürətlə nəqliyyat vasitəsi ilə aparırmış.

Nəqliyyat vasitəsi möhürlənib, qeyri-qanuni yolla əldə edilmiş odun isə Xoni ticarətinin həyətinə aparılıb. Ətraf mühitə dəyən ziyan müəyyənləşdirilir. İşdə cinayət tərkibi olduğu üçün materiallar əlavə tədbirlər görülməsi üçün aidiyyəti quruma göndərilib.

Məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.