Meşə Xidmətinin əməkdaşları Xaraqauli Munisipalitetinin Borit kəndində qeydiyyatı olmayan ağac emalı müəssisəsi aşkarlayıblar
Meşə Xidmətinin əməkdaşları Xaraqauli Munisipalitetinin Borit kəndində qeydiyyatı olmayan ağac emalı müəssisəsi aşkarlayıblar

 

İmereti Meşə Xidmətinin əməkdaşları Xaraqauli Munisipalitetinin Borit kəndində qeydiyyatı olmayan ağac emalı müəssisəsi aşkarlayıblar. Bu barədə Milli Meşə Agentliyi məlumat yayır.

Verilmiş məlumatda emal müəssisəsi ərazisində dörd kubmetrə qədər cökə materialı aşkarlandığı deyilir.

“Məsələ cinayət tərkibi elementlərini ehtiva etdiyi üçün materiallar əlavə reaksiya verilməsi üçün aidiyyəti quruma göndərilib. Milli Meşə Agentliyi qanun pozuntularının prevensiyası, aşkar edilməsi və qarşısının alınması istiqamətində aktiv iş aparır”-deyə məlumatda qeyd olunur.