Mərkəzi Seçki Komissiyası - seçicilər elektron texnologiyaları asanlıqla qəbul edib və səsvermə gecikməsiz şəkildə davam edir, seçici fəallığı kifayət qədər yüksəkdir, prosesə qəsdən ziyan vurulmasına yol verilmir
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoselianinin sözlərinə əsasən, seçki məntəqələrində səsvermə prosesi rahat şəraitdə keçirilir.
Onun sözlərinə görə, seçicilər elektron texnologiyaları yaxşı və asanlıqla qəbul ediblər və səsvermə gecikməsiz şəkildə davam edir.
“Seçki administrasiyası səsvermə gününün gedişi ilə bağlı seçiciləri və seçkidə iştirak edən partiyaları məlumatlandırmaqda davam edir. Hazırda məntəqələrdə səsvermə prosesi rahat şəraitdə davam edir. Xatırladırıq ki, seçkilərin müasirləşdirilməsi – elektron texnologiyaların tətbiqi həlledici mərhələdədir və buna görə də seçki administrasiyası oktyabrın 1-də keçiriləcək seçkilər və 2024-cü ildə keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı aktiv məlumat və maarifləndirmə kampaniyasına artıq başlayıb. Məhz bu fəal kampaniyanın nəticəsidir ki, seçicilər elektron texnologiyaları çox yaxşı və asanlıqla qəbul ediblər və səsvermə rahat şəkildə davam edir. Səhhətinə görə özləri seçkiyə gələ bilməyən seçicilər üçün daşına bilən qutular artıq seçki məntəqələrindən yola düşüb. Xatırlatmaq istərdim ki, daşına bilən qutuda səs verəcək seçicilər də işarələmə yoxlaması prosedurundan keçəcəklər”, – Natia İoseliani bildirib.
Saat 12:00-a olan seçici fəallığına gəlincə, Natia İoselianinin sözlərinə görə, saat 12:00-a qədər 14 309 (7,76%) seçici məntəqələrə gəlib.
“Sizə indi təqdim etdiyimiz məlumatlar təsdiqləyir ki, hazırda seçici fəallığı kifayət qədər yüksəkdir. Buna uyğun olaraq, bəzi siyasi partiya nümayəndələrinin mətbuatda dərc olunan, guya seçkilərdə fəallığın az olması, vətəndaşların seçkiləri boykot etməsi, elektron cihazların sıradan çıxması kimi açıqlamaları bizim üçün anlaşılmaz və qəbuledilməzdir; Həmçinin, guya seçicilər elektron vasitələrdən istifadə etməklə səs verməkdə çətinlik çəkirlər. Bu, bilərəkdən ictimaiyyəti çaşdırmağa və seçki prosesini gözdən salmağa xidmət edən dezinformasiya yaymaqdır. Sözügedən siyasi partiyanın nümayəndələri bunu təsdiq edən bir fakt belə təqdim etməyiblər. Biz dəfələrlə qeyd etmişik ki, seçkilərin müasirləşdirilməsi ümummilli işdir və dar siyasi maraqlar ucbatından bu prosesə qəsdən zərər vurmaq, nüfuzdan salmaq yolverilməzdir. Buna uyğun olaraq, seçkidə iştirak edən bütün partiyaları seçki prosesinin gedişatını obyektiv qiymətləndirməyə, dezinformasiya yaymamağa çağırırıq. Burada qəti şəkildə bildirmək istəyirik ki, seçki prosesində elektron texnologiyalardan istifadə edilən qüsurlar baş verərsə, bütün risklər sığortalanıb, aradanqaldırma mexanizmləri təmin edilib və səsvermə dayandırılmayacaq”, – Natia İoseliani bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev