Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçiriləcək parlament seçkiləri üçün seçki subyektlərinin sıra nömrələrini müəyyən etdi
MSK 26 oktyabr 2024-cü il tarixinin parlament seçkiləri üçün seçki subyektlərinin sıra nömrələrini müəyyən etdi.
Qeyd olunanla bağlı Mərkəzi Seçki Komissiyası məlumat yayır.
“Seçkilərə hazırlıq prosesində seçki subyektləri üçün bərabər seçki mühitinin yaradılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş mümkün olan ən qısa müddət nəzərə alınmaqla, seçki subyektlərinin sıra nömrəsinin müəyyən edilməsi məqsədi ilə püşkatma proseduru
bu gün keçirilən iclasda keçirildi. Qeyd etmək lazımdır ki, sıra nömrələrinin verilməsi prosesi canlı yayımlanırdı və bütün maraqlanan şəxs qeyd olunan prosedurları izləmək imkanı əldə etmişdi. İclasda yerli və beynəlxalq müşahidəçilər də iştirak edirdi”, – MSK-nın məlumatında deyilib.
MSK-da bildirildiklərinə görə, MSK seçki subyektləri üzrə sıra nömrələrini həm püşkatma yolu ilə, həm də qanunvericiliklə müəyyən edilmiş müddətdə ( müəyyən edilmiş vaxtdan 17 iyul tarixindən gec olmayaraq ) müvafiq səlahiyyətli partiyalar tərəfindən təqdim edilmiş ərizələr və verilən məlumat əsasında müəyyən edildi.
Seçki subyektlərinə sönraki sıra nömrələri müəyyən edildi: №1 – “Avropaya bəli – Quruculuq Strategiyası”; №2 – “Avropa Gürcüstanı – azadlıq üçün hərəkat”; №3 _“Gürcüstanın Birlik və İnkişaf Partiyası”; № 4 – “Yeni Birlik Qvaramia Melia”; №5 – “Vahid Milli Hərəkat”; №6 – “Gürcüstanın Avropa Demokratları”; №7 – “Aleko Elisaşvili – Vətəndaşlar”; № 8 – “Gürcüstan Patriotlarının Alyansı”; №9 – “ Lelo Gürcüstan üçün”; №10 – “Gürcüstanı Leyborist Partiyası”; №11– “Gürcüstanın Respublika Partiyası”; №12– “Bizim Vahid Gürcüstanımız”; №13 – “Gürcüstanın Sosial-Demokrat Partiyası”; №14 – “Üçüncü yol”; №15 – “Ədalət naminə”; № 16 – “Gürcüstanı dəyişdir”; № 17 – “Gürcüstan”; №18 – “Tərəqqi və Azadlıq”; №19 – “Demokratlar Alyansı”; №20 – “Azad Gürcüstan”; № 21 – “Tribuna”; №22 – “Hüquq və ədalət”; № 23 – “Azad seçim – yeni alternativ”; № 24 – “Yaşıllar Partiyası”; №25 – “Qaxaria Gürcüstan üçün”; № 26 – “Solçu Alyans”; №27 – “Gürcülərin birliyi”; №36– “Yeni Siyasi Mərkəz”; №41 – “Gürcü Arzusu – Demokratik Gürcüstan”; № 48 – “Ana Dolidze – xalq naminə”.