Mərkəzi Seçki Komissiyası - oktyabrın 1-də keçirilən seçkiləri və istifadə olunan elektron vasitələrin uyğunluğunu Amerika şirkəti yoxlayacaq
1 oktyabr 2023-cü il tarixində elektron vasitələrdən istifadə etməklə keçirilən aralıq/növbədənkənar seçkilər və sözügedən seçkilərdə istifadə olunan elektron vasitələrin uyğunluq auditi ABŞ-da qeydiyyatdan keçmiş və akkreditə olunmuş Pro V&V şirkəti tərəfindən aparılacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının bəyanatında qeyd olunub.
Seçki administrasiyasından verilən məlumata əsasən, bazar araşdırması nəticəsində Mərkəzi Seçki Komissiyası tərəfindən seçilən şirkət də İSO/IEC 17025 standartına uyğun olaraq akkreditasiya olunub. Onun, müxtəlif ölkələrdə (o cümlədən ABŞ, Filippin və Dominikan Respublikasında) seçkilərdə istifadə olunan elektron texnologiyaların auditinin aparılması təcrübəsi var.
“Qeyd etmək lazımdır ki, auditin aparılması seçki prosesinin daha da şəffaflığını və ictimailiyini təmin edir. Eyni zamanda, bir daha təsdiqləyir ki, seçki administrasiyası öz fəaliyyətini həyata keçirərkən, xüsusilə elektron texnoloqların tətbiqi prosesində beynəlxalq standartları rəhbər tutur.
Auditorların Gürcüstana səfəri, hazırlıq işləri və tədbirlər planının tərtib edilməsini əhatə edən auditin birinci mərhələsi başa çatıb. İkinci mərhələ cari ilin noyabr ayının 1-dək auditin aparılması və hesabatın hazırlanmasını nəzərdə tutur.
Pro V&V şirkəti ilə bağlanmış müqaviləyə əsasən, auditor xidmətlərinə aşağıdakı məsələlər üzrə audit hesabatının və tövsiyələrin hazırlanması daxildir: elektron vasitələrdən istifadə etməklə keçirilən seçkilərin (səsvermənin) beynəlxalq seçki prinsiplərinə uyğunluğunun auditi; elektron vasitələrdən istifadə etməklə keçirilən seçkilərin (səsvermənin) Gürcüstanın seçki qanunvericiliyinə uyğunluğunun auditi; İstifadə olunan elektron vasitələrin (seçki texnologiyaları) texniki və proqram təminatının funksionallığının auditi. Seçici yoxlama maşınları VIU Desktop 818-100; Səsin hesablanması üçün xüsusi elektron cihazlar PCOS SAES-1800Plus; planşet kompüter VIU Tablet 100; hardware proqram təminatı; Başlanğıcın (mənbənin) nəzərdən keçirilməsi.
Uyğunluq auditi xidmətlərinin satın alınması məqsədilə Mərkəzi Seçki Komissiyası eyni sahədə təcrübəsi olan üç audit şirkətinin iştirak etdiyi bazar sorğusu keçirib. Onlardan biri xidmət göstərməkdən imtina edib, ikisi isə təklif təqdim edib, onlardan ən aşağı qiymət prinsipinə uyğun olaraq Pro V&V şirkəti seçilib”, MSK-nın məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev