Mərkəzi Seçki Komissiyası aralıq seçkilərdə səsvermə prosesi və seçici fəallığı barədə məlumat dərc edir
Mərkəzi Seçki Komissiyası aralıq seçkilərdə səsvermə prosesi və seçici fəallığı barədə məlumat dərc edir

Mərkəzi Seçki Komissiyasında (MSK) növbəti məlumat brifinqi keçirilib. MSK-nın mətbuat katibi Natia İoselyan mediaya seçici fəallığı və səsvermə prosesi barədə məlumat verib.

“Məntəqələrin bağlanmasına cəmi iki saat qalıb. Ona görə də biz bir daha seçiciləri fəal olmağa çağırırıq. Saat 17:00-a olan seçici fəallığına gəlincə, seçkilərdə 31 888 (17,3 faiz) seçici iştirak edib. Ümumiyyətlə, seçki prosesi rahat şəraitdə gedir. Saat 20:00-da səsvermə prosesi başa çatdıqdan sonra səslərin sayılması prosedurlarına başlanacaq. Səsvermə elektron texnologiyalardan istifadə edilməklə aparılan seçki məntəqələrində bülletenlərin daşına bilən seçki qutusunda əsas seçki qutusuna qoyulması proseduru başa çatdıqdan sonra məntəqə komissiyasının sədri ilkin nəticələri səslərin hesablanması xüsusi elektron maşınından çap edəcək və məlumat ən qısa zamanda MSK-ya göndəriləcək, bundan sonra qeyd olunan məntəqələrdən əldə edilmiş məlumatlar əsasında ilkin nəticələri dərc etmək imkanımız olacaq”, – Natia İoselyan bildirib.

Səsvermənin ənənəvi qaydada keçirildiyi seçki məntəqələrinə gəlincə, MSK-nın mətbuat katibinin sözlərinə görə, məntəqələr saat 20:00-da bağlandıqdan sonra səslərin hesablanması prosedurlarına başlanılacaq.

“İcmal protokollar planşet vasitəsilə birbaşa MSK-ya göndəriləcək ki, bu da nəticələrin işlənməsi və sonrakı dərci vaxtını daha da azaldacaq. Bölgənin icmal protokollar xüsusi internet saytında yüklənəcək. Burada xatırlatmaq istərdik ki, istəyən hər kəs Mərkəzi Seçki Komissiyasında seçkilərin ilkin nəticələrinin yekunlaşdırılması prosesini internet yayımı vasitəsilə onlayn müşahidə etmək imkanına malikdir. Yayım MSK, Facebook və YouTube-un rəsmi səhifəsində 360 dərəcə texnologiyasından istifadə edilməklə həyata keçiriləcək. Şikayətlərlə bağlı məlumatlara gəlincə, hazırda yalnız bir şikayət qeydə alınıb və təbii ki, müvafiq hüquqi cavab veriləcək”, – deyə Natia İoseliani brifinqdə bildirib.