Merkelin, Trampın və Tereza Meyin birgə bəyanatı – Skripalinin zəhərlənməsi Britaniyanın suverenliyinə hücumdir
Fransa, Almaniya, ABŞ və Britaniya bəyan edirlər ki, Skripalinin zəhərlənməsi onların suverenliyi üçün təhlükə yaradır.
Bu barədə bəyanatı bu ölkələrin liderləri bugün verdilər.
Donald Tramp, Emanuel Makron, Angela Merkel və Tereza Mey Moskvaya müraciət edirlər ki, dərhal eks-polkovnikin zəhərlənməsi ilə bağlı sualları cavablandırsın.
Birgə bəyanatda həmçinin deyilir ki, Skripaliyə qarşı istifadə edilən maddə Avropa ərazisində, ikinci dünya müharibəsindən sonra, ilk dəfə istifadə olundu.
Avropalı liderlər Rusiyadan həmin zəhərləyici maddənin hazırlanması haqqında detalları açıqlamasını tələb edirlər.