Meriyanın Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidməti - Muxianidə Noneşvili küçəsində yerləşən parkda uşaq attraksionlarının düzgün qurulmaması ilə bağlı dezinformasiya yayılır
Sosial şəbəkələrdə Muxianidə Noneşvili küçəsində yerləşən parkda uşaq attraksionlarının düzgün qurulmaması ilə bağlı dezinformasiya yayılır, bu da ictimaiyyətə yanlış məlumat verməyə xidmət edir – bu barədə Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidmətinin məlumatında deyilir.
“Tbilisi Meriyasının Ətraf Mühitin Mühafizəsi üzrə Şəhər Xidməti qeyd olunan uşaq attraksionlarını bütün təhlükəsizlik qaydalarına riayət etməklə quraşdırıb. Sözügedən slayd “EN 1176” sertifikatına malikdir və üç yaşdan 12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub. “EN 1176” qaydası Aİ ölkələri tərəfindən oyun meydançaları və oyun avadanlıqları üçün tanınan standartdır. O, oyun meydançası avadanlıqları üçün ümumi təhlükəsizlik tələblərini və sınaq prosedurlarını müəyyən edir.
KİV-i istənilən məlumatı meriyanın müvafiq idarəsi ilə yoxlamağa çağırırıq”- deyə məlumatda bildirilir.