Merab Qamğrelidze - Lançxuti bələdiyyəsində su təchizatı tam bərpa olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır
Lançxuti bələdiyyəsində su təchizatı tam bərpa olunub, təəssüf ki, təbii qazla təmin oluna bilməyən 1500-ə yaxın qaz abonentimiz var, – Hökumət Administrasiyasının Regional Əlaqələr Şöbəsinin rəis müavini Merab Qamğrelidze bildirib.
Onun sözlərinə görə, səhər saatlarından bərpa işləri aktiv şəkildə aparılır.
“Sürüşmə bir çox ərazilərə ziyan vurub. Burada nöqtəvi zədələnmələrdən danışmırıq, bəzi yerlərdə borular qırılıb. Baxmayaraq ki, səhər saatlarından təmizlik işləri ilə birgə bərpa işlərinə də başlamışıq, elektrik dirəkləri yıxıldığından hazırda dörd kəndə elektrik enerjisi tam verilmir. Hazırda, 10000 abonentdən cəmi 1500 -ə çatdırılma mümkün deyil. Təmizlik işlərinin davam etdiyi Çoçxəti ərazisində vəziyyət ağırdır. 100-ə yaxın ailə təhlükəsiz müvəqqəti yaşayış yerlərinə köçürülüb. Öz iradəsi və gücü ilə başqa yerə getməyə qərar verən daha 100-ə yaxın insan var. Bu mərhələdə hələ də mərkəzi yollarda təmizlik işləri aparılır ki, daxili yollara keçilə bilsin. Dünən axşam saatlarında cəmlənmə və sürüşmənin harada lokallaşdırılması üçün əlavə yerlər vaxtında müəyyən edilib. Düşünürük ki, bu axşama qədər bir çox yerlər təmizlənəcək və nəqliyyatın hərəkətini bərpa etmək mümkün olacaq, bundan sonra körpülərdə işə başlayacağıq”, – Qamğrelidze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev