Mənzil tikintisi layihəsi çərçivəsində Batumidə polislərə mənzillər verilib
Batumidə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün mənzil tikintisi layihəsi çərçivəsində iki hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatıb.
Hazır mənzillərə daxili işlər nazirinin müavini Qiorqi Butxuz şəxsən baxış keçirib. Tədbirdə Daxili İşlər Nazirliyinin digər rəhbər şəxsləri də iştirak ediblər.
Nazir müavininin sözlərinə görə, polis əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması Daxili İşlər Nazirliyinin prioritet istiqamətlərindən biridir.
Mənzil tikintisi layihəsi çərçivəsində 88 polis əməkdaşı Batumidə əlverişli şəraitlə, müasir standartda mənzillər əldə edib.
Layihədə iştirak edən bütün şəxslərə sahəsi 80 kvadratmetrə qədər olan “ağ karkaslı” yaşayış mənzili verilib. Yeni tikilmiş binalarda qapalı və açıq kommunal parkinq və xarici yaşıl perimetri var.
Daxili işlər nazirinin əmri ilə yaradılmış komissiya mənzil tikintisi layihəsi üzrə güzəştli qiymətə mənzil almaq istəyənləri seçib, daha sonra Lottotron prinsipi ilə namizədlər arasından qaliblər seçilib.
Mənzil tikintisi layihəsi Tbilisi, Rustavi və Batumidə həyata keçirilib və indiyədək Daxili İşlər Nazirliyinin 253 əməkdaşına mülkiyyət verilib.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.
Müəllif -
Mehemmed Bayramaliyev