Melikişvili prospektinin bərpası başa çatıb
Melikişvili prospektinin bərpası başa çatıb

 

Melikişvili prospektində abadlıq işləri yekunlaşıb. Yenilənmiş prospektə bu gün paytaxtın meri Kaxa Kaladze baxış keçirib.

“Melikişvili prospektinin bərpası başa çatıb. İctimaiyyətə söz verdiyimiz kimi, işlər dekabrın 4-də başa çatıb. Layihə çərçivəsində yeraltı kommunikasiyalar dəyişdirildi, təqribən 6 kilometr uzunluğunda kommunikasiyalar dəyişdirildi, kanalizasiya və su-drenaj sistemləri, qaz boruları yenilənib. Yol infrastrukturuna gəlincə, zebra keçidlər çəkilib, yaşıllaşdırma işləri aparılıb. Bu yanaşma digər prospekt və küçələrdə də davam etdiriləcək. Təəssüf ki, bir çox küçə ağır vəziyyətdədir, yeraltı kommunikasiyalar da daxil olmaqla yenilənməyə ehtiyac duyur, Tbilisinin hərtərəfli qaydaya salınması üçün oxşar yanaşmalar davam etdiriləcək” – deyə Kaxa Kaladze açıqlayıb.

Tbilisi Meriyasının məlumatına əsasən, layihə çərçivəsində Melikişvili prospektində, Varazisxevidən Chovelidze küçəsinə qədər, eləcə də Tbilisi Dövlət Konsert Sarayı qarşısında və Vera Parkının yaxınlığında, yeraltı və yerüstü kommunikasiya şəbəkələri abadlaşdırılıb, yeni drenaj və çöl işıqlandırma şəbəkələri təşkil olunub, müasir LED lampaları qurulub, yeraltı zibil qutuları qoyulub, eləcə də yerin altında hava kabelləri yerləşdirilib. Tbilisi Dövlət Konsert Sarayına bitişik yeraltı keçiddə hidroizolyasiya işləri aparılıb, səki təbii daş plitələrlə üzlənib, yolun hərəkət hissəsinə isə üçqat asfalt örtüyü döşənib.

“Piyadaların təhlükəsiz hərəkəti üçün nəqliyyat adaları, yeni gözləmə yerləri və zebra keçidləri təşkil edilib, ictimai nəqliyyat üçün xüsusi zolaq ayrılıb, prospektdə mövcud infrastruktur məhdud imkanlı şəxslər üçün uyğunlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb, müxtəlif növ ağaclar və bitkilər əkilib. Qeyd etmək lazımdır ki, Melikişvili prospektində ilk dəfədir ki, analoji əsaslı bərpa işləri aparılıb” -deyə Tbilisi Meriyasının məlumatında deyilir.